Sumqayıtda səyyar hospital tikilir
16:50 06 Aprel 2020
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədi ilə mobil səyyar hospital quraşdırılır.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Femida.az-a biıldirilib ki, bu məqsədlə dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının ərazisində müvafiq yer ayrılıb.
"Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib".
Məlumatda qeyd edilib ki, ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb: "Eyni zamanda ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Artıq ağacların əkilməsinə başlanılıb".
Femida.az
Oxunub: 782
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb