Mühafizəçi vergi müfəttişini döydü - Bakıda


16:06     02 Dekabr 2015 91975.jpg


Paytaxtda dövlət rəsmisi mühafizə xidmətinin əməkdaşı tərəfindən döyülüb.

Femida.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Ə.Vəliyev küçəsində baş verib.


Vergilər Nazirliyi Bakı şəhər Departamentinin müfəttişi 1964-cü il təvəllüdlü Ramiz Babayev bir neçə gün öncə ərazi üzrə səyyar vergi yoxlamaları apararkən döyülüb.

R.Babayev "Class" MMC-yə məxsus sexdə vergi yoxlaması aparmaq istəyərkən şirkətin mühafizəçisi Bakı sakini 1965-ci il təvəllüdlü Emin Allaheverdiyev tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1032