Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 23 nəfər koronavirusa yoluxub


19:50     06 Aprel 2020 2020/04/koro-t_1586187343.jpg

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində təsdiqlənən koronavirusa yoluxma halları artıb.


Femida.az xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər yoluxma hallarının sayı 21 nəfər təşkil edirdisə, artıq 23-ə çatıb.

Qubernator deyib ki, Kvemo Kartlidə biri uşaq xəstəxanası olmaqla, 9 hospital var və onların hamısı pasiyentlərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib.

Açar sözlər:

Oxunub: 560