Bakıda bankomatdan pul çıxaran qadın qarət edildi
21:17 06 Aprel 2020
Bakıda qadın küçədə qarət olunub.
Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü G.Zəkiyeva qəsəbə ərazisindəki bankomatdan 300 manat pulu çıxardıqdan sonra naməlum şəxs ona hücum edərək pulu alıb və ərazidən qaçıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq və dələduzluq maddələri ilə məhkum olunmuş 1976-cı il təvəllüdlü Salman Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 0,446 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Oxunub: 807
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb