Neftçalada su kanalında batan ata və oğlunun meyiti tapılıb


21:19     06 Aprel 2020 20_04_06_1586190014.jpg

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Bu barədə Femida.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 818