Türkiyədə bu gündən pulsuz maska paylanılır, maska satışı qadağan edilir


21:50     06 Aprel 2020 20_04_06_1586190094.jpg

“Bu gündən Türkiyə əhalisində evlərə pulsuz maskalar paylanmağa başlandı. Koronavirus problemi bitənə qədər maska satışı qadağan olunur. Marketlərdə də maskalar pulsuz olacaq”.

Femida.az -ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı bu gün yeni tədbirlər haqqında məlumat verərkən bu barədə bildirib.

Türkiyə Prezidenti açıqlamasında deyib ki, Türkiyə xəstəxanalarında COVID-19-la bağlı diaqnoz və müalicə məsələsində heç bir problem yoxdur: “İstanbulun hər iki tərəfində də min çarpayılıq xəstəxana istifadəyə veriləcək. Yaşılköy Atatürk hava limanı sahəsində və Sancaqtəpədə inşasına başlanıb”.

Açar sözlər:

Oxunub: 806