Şəmkir sakini ailəsini yaşadığı evdə yandırdı - Özü qaçdı


10:04     07 Aprel 2020 eflani-halkevli-yangin.jpg


Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.


Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyeva, nəvələri 4 yaşlı Banu Vəliyeva və 3 yaşlı Ömər Vəliyev evdə olub.

Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.

Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb.

Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 720