Azərbaycanda heç bir həbsxanada koronavirus aşkarlanmayıb


10:28     07 Aprel 2020 20_04_07_1586241085.jpg


Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb.


Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib:

"Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib".

Ə.Nuriyev bildirib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb:

"Ərzaqın keyfiyyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaqların gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır".

Femida.az

Açar sözlər: #ədliyyə   #həbsxana   #karantin  

Oxunub: 868