60 yaşlı kişi içkiyə görə cinayətə əl atdı
11:05 07 Aprel 2020
Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumat görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək, ondan spirtli içki tələb etdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 639
Oxşar xəbərlər
- Döyüş komandiri: Son 1 ayda Lisiçansk istiqamətində Rusiyanın 60 tankı məhv edilib
- Rusiya qoşunları Ukraynanın Zaporojye əyalətinin 60 faizini ələ keçirib
- Rusiya ordusunun Ukraynada məktəbə endirdiyi zərbə nəticəsində 60 nəfər həlak olub
- Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxılıb
- Baş Qərargah: "Rusiya hərbçiləri kəndlilərin 60 ton taxılını oğurlayıb"
- Türkiyə antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km dərinliyinə daxil olacaq
- Ukrayna MN: "Rusiyanın 18 600-ə yaxın hərbçisi zərərsizləşdirilib"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 16 600 nəfərə çatıb"
- Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək
- Bayden Ukraynaya 600 milyon dollarlıq hərbi yardım ayırıb