Ordumuz Cənubi Sudanda fəaliyyətə başladı
11:29 07 Aprel 2020
BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq Bakıya qayıdıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.
Femida.az
Oxunub: 709
Oxşar xəbərlər
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
- Ukrayna Prezident Ofisi: “Ordumuz bir sıra istiqamətdə əks-hücuma keçib”
- MN: Sosial şəbəkələrdə ordumuzun texnikasının hərəkətinə aid video və fotolar köhnədir
- Ordumuzun mövqeləri atəşə tutulub
- "Ordumuzu gücləndirdik və istədiyimizə nail olduq" - Azərbaycan lideri
- "Ordumuz 25 sentyabrda müharibə barədə məlumatlı idi"- Erməni politoloq