7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu


12:26     07 Aprel 2020 2020/04/3f35c79c-721e-4cd4-ac7a-cd34b9219047_1586248096.jpg


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 7 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.


Femida.az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 6 nəfər azadlığa buraxılır.

Buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür. Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüddür.

Əfv edilən 6 məhkum Cəzaçəkmə Müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxıldılar.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı 176 nəfərə şamil olunacaq.

Femida.az

Açar sözlər: #əfv   #ədliyyə  

Oxunub: 1080