Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib
17:17 07 Aprel 2020
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 56 nəfərə protokol tərtib edilib, protokollardan 9 nəfəri obyekt sahibi olan şəxslərə tətbiq olunub, 5 nəfər inzibati qaydada həbs edilib və 189 nəfərə isə xəbərdarlıqlar edilib.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.
Femida.az
Oxunub: 859
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb