Nazir: "Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəməni ala bilməyəcək"


20:17     07 Aprel 2020 20_04_07_1586276276.jpg

“Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməz”.

Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq: "Elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu vermək mümkün olmur. Həmin şəxslər karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN Xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”.

Açar sözlər:

Oxunub: 926