Gəncədə sərxoş kişi xəstəxanada dünyasını dəyişib


09:14     08 Aprel 2020 20_04_08_1586322928.jpg

Gəncədə Göygöl sakini yol kənarında huşsuz vəziyyətdə tapılıb.

Femida.az -ın məlumatına görə, təxminən 50-60 yaş aralığında olan kişi xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sərxoş olduğu məlum olub.

Dərhal həkimlər xəstəyə lazımi tibbi yardım göstəriblər. Ağır dərəcəli sərxoş olduğundan aparılan tibbi yarımlara baxmayaq xəstə ölüb.

İlkin məlumata görə, ölən şəxs rayonun Mollacəlilli kəndinin yaxınlığında yol kənarından sərxoş halda tapılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 603