SMS-lə icazə alanlara VACİB XƏBƏR — VİDEO


11:31     08 Aprel 2020 20_04_08_1586331217.jpg

Femida.az xəbər verir ki, ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bu mövzuda məlumat verib:



"Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilən icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər.


Bunun üçün "İcazələr" bölməsində sətirlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən "PDF" düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.


Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək".


Açar sözlər:

Oxunub: 828