Bakıda “Köhnə Hamam” deyilən tikilidə kişi meyiti tapılıb


11:39     08 Aprel 2020 20_04_08_1586331635.jpg

Bakıda kişi meyiti tapılıb.


Femida.az -ın məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonovdur.

Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Açar sözlər:

Oxunub: 679