Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb


12:14     08 Aprel 2020 20_04_08_1586333764.jpg

Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsnin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 3000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 522