Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib


12:46     08 Aprel 2020 20_04_08_1586335632.jpg

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 110 milyon manatı ötüb.


Femida.az -ın məlumatına görə, bu günə kimi fonda 110 813 763 manat vəsait köçürülüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Açar sözlər:

Oxunub: 519