Ucarda karantini pozan şəxslər həbs edildi


13:21     08 Aprel 2020 20_04_08_1586337654.jpg

Ucar Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Son üç gün ərzində polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 86 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati protokol tətbiq ediblər.

Onlardan 83-ü inzibati qaydada 100 və 200 manat məbləğində cərimə, 3-ü isə həbs olunub.

Hazırda Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 642