Nazirlik 2 milyon manatlıq yerli avtomobil aldı - Qarabağ əlilləri üçün


13:32     08 Aprel 2020 20_04_08_1586339640.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 164 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq.


Femida.az xəbər verir ki, nazirlik buna görə 1 999 980 manat ödəniş edəcək.

Başqa sözlə, hər avtomobil quruma 12 195 manata başa gələcək.

ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, avtomobillər ölkə prezidentinin ayırdığı vəsait hesabına alınır. Onlar Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 368