Bir gündə 3073 nəfər xüsusi karantin rejimini pozub
18:49 08 Aprel 2020
“Avtobuslarda sıxlığın aradan qaldırılması üçün evdə qalmaq lazımdır”.
Femida.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, xüsusi karantin rejimini bir gündə 3073 nəfər pozub: “Kifayət qədər avtobus var və zəruri hallarda avtobuslar xəttə buraxılır. Qanunsuz yollarla icazələr alma halları var. Bir çox dövlət qurumlarına işçilərinin 30 faizdən artığına icazə verməmək tövsiyə olunur. Ancaq hətta işdə ehtiyac olmayan əməkdaşlarının adlarını daxil edərək onların çölə çıxmasına şərait yaradırlar. Külli miqdarda jurnalist vəsiqələrinin verilməsi halları da var. Avtobuslar küçələrə çıxacaq adamların sayına hesablanıb. Qanunsuz olaraq kimlərinsə küçələrə çıxmasına şərait yaradan KİV-lər, dövlət və özəl qurumlara nəzarət olunur və bunun cəzası da mütləq olacaq”.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb