Kanadada koronavirusdan ölənlərin sayı 400-ü ötdü
20:13 08 Aprel 2020
Kanadada qeydə alınmış koronavirus hallarının sayı 18 433-ə çatıb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı 401 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 825 nəfəri sağalıb, 83 666 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Femida.az
Oxunub: 961
Oxşar xəbərlər
- Kanadada onlarla insan meymunçiçəyinə yoluxub
- Kanadada "Omikron"a iki yoluxma aşkar edilib
- Kanadada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
- Kanadada yaşayan azərbaycanlılar 101 şəhid ailəsini himayəyə götürüb
- Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş keçirilib
- Kanadada şəhər mərkəzində Azərbaycan bayrağı ucaldılıb
- Kanadada yaşayan soydaşlarımızla videokonfrans keçirilib
- Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz edildi
- Kanadada 43-cü parlament seçkiləri keçiriləcək
- Kanadada atışma, ölən və yaralananlar var