Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək


21:07     08 Aprel 2020 gurcustan%20azerbaycanli.jpg

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

Bildirilib ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 529