Meksikada son sutkada 33 nəfər koronavirusdan ölüb


09:10     09 Aprel 2020 20_04_09_1586409073.jpg

Meksikada təsdiqlənmiş COVID-19 virusuna yoluxma hallarının sayı 3181-ə çatıb, bu virusdan ölənlərin sayı isə gün ərzində 33 nəfər artaraq 174-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia bildirib.

“Bu gün təsdiqlənmiş yoluxma halların sayı 3181-ə çatıb. Təəssüf ki, qurbanların sayı artır, artıq 174 nəfərdir”, - Səhiyyə Nazirliyinin mətbuat konfransında Alomia belə deyib.


Məlumata görə, ölkədə 29 mindən çox insan koronavirus testindən keçib. Xəstəlik şübhəsi olan 9188 adam test nəticəsini gözləyir.

Açar sözlər:

Oxunub: 701