190 manat birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə!


09:42     09 Aprel 2020 pull.jpg

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.




Femida.az ATV-yə istinadla xəbər verir ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu əsasən onlayn qaydada aparılır. İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı telefonla müraciət edə bilərlər.



Onlayn qaydada müraciət etmək üçün e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.



Müraciət şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə, eləcə də digər bölmələrin doldurulması ilə həyata keçirilir.



Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alınaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafiki müəyyənləşdirilib.



Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərə tətbiq edilən məhdudiyyət aprelin 12-də aradan qaldırılacaq.



Qeyd edək ki, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş alanlara birdəfəlik ödəmə verilməyəcək.


Açar sözlər:

Oxunub: 724