Bakıda avtomobil qaçıran gənc saxlanıldı


09:55     09 Aprel 2020 hebs_586.jpg

Bakıda avtomobil qaçırılıb.

Femida.az -ın xəbərinə görə, hadisə yanvarın 30-da Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs M.Rəfiyevə məxsus "Hyundai" markalı avtomobili qaçırıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 2005-ci il təvəllüdlü A.Əlimərdanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 607