9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


10:56     09 Aprel 2020 polis_908.jpg

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

İdarədən Femida.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Açar sözlər:

Oxunub: 415


Oxşar xəbərlər