Karantin rejimi deputatların avtomobillərinə də şamil edilməyəcək


13:49     09 Aprel 2020 1442822061_milli-meclis.jpg

Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, sənədin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

Sənəd səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 579