Daha üç rayon üzrə pensiyalar hesablara köçürüldü
14:16 09 Aprel 2020
"Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri həyata keçirilib".
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (85 994 nəfər) bank hesablarına köçürülüb.
"Sabah Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq", - F.Talıbov qeyd edib.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM