Mingəçevirdəki ənənəvi Prezident Kuboku ilk dəfə ləğv olundu


15:23     09 Aprel 2020 2020/04/31c45173-8db3-4bbd-9315-2d6c77b391f1_1586431814.jpg

Akademik avarçəkmə, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq Prezident Kuboku reqatası son 13 ildə ilk dəfə ləğv olunub.

Bu barədə Femida.az-a Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Leylа Əliyeva məlumat verib.



O, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aprelin əvvəlinə planlaşdırılan yarışın koronavirusa görə baş tutmadığını bildirib: “Koronavirusla bağlı bütün yarışlar ləğv olundu. Reqatada iştirak üçün bizə Gürcüstandan və Rusiyadan müraciət olmuşdu. Amma məlum səbəblərdən heç biri alınmadı, biz də yarışı ləğv etdik”.

Açar sözlər:

Oxunub: 583