Şəmkir Rayon Polis Şöbəsində yeni təyinat olub


15:35     09 Aprel 2020 polis.jpg

Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinə yeni rəis təyin olunub.


Femida.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.

Femida.az

Açar sözlər:

Oxunub: 737