ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur
15:50 09 Aprel 2020
"Hazırkı koronavirus pandemiyasına qarşı mübarizə getdiyi bir vaxtda belə ATƏT məkanında bir sıra münaqişələr hələ də davam edir".
Femida.az xəbər verir ki, bu ATƏT Parlament Assambleyasının (PA) yaydığı bəyanatda deyilir.
Bəyanatda həmçinin dünyada atəşkəs elanına dair BMT-nin baş katibi Antonio Qutierreşin çağırışının dəstəkləndiyi qeyd olunur.
“Dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda bu istiqamətdəki səyləri çətinləşdirəcək silahlı münaqişələr bizə gərək olan ən axırıncı məsələdir. ATƏT regionuna Cənubi Qafqazda, Ukraynanın şərqində və başqa yerlərdəki münaqişələr təsir edir. Bu gün COVID-19-a qarşı birgə mübarizəyə səfərbər ola bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə dəvət edirəm”, - ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.
Təşkilat rəhbəri həmçinin işğal altında olan Dağlıq Qarabağ və Abxaziyada bu yaxınlarda keçirilmiş “seçkilər”in “qanunsuz və ictimai səhiyyəyə əlavə təhlükə yarada” biləcək tədbir olduğunu da vurğulayıb.
Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.
Femida.az
Oxunub: 754
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"