Ədliyyə Akademiyasında tədris distant formada davam etdirilir


18:35     09 Aprel 2020 2020/04/FB_IMG_1586443006558_1586443026.jpg



Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Femida.az xəbər verir ki, tədris prosesinin elektronlaşdırılması və təlim materiallarının dinləyicilərə əlçatanlığının təmin edilməsi məqsədilə Akademiyanın 2017-ci ildən tətbiq olunan Elektron Tədris Platformasının (Moodle Proqramı) imkanları genişləndirilir.
COVID-19 infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar dövlət və qeyri-dövlət təşkilatlarında fəaliyyətin əsas etibarilə İKT-nin tətbiqi ilə həyata keçirildiyi nəzərə alınaraq, Ədliyyə Akademiyasında ədliyyə orqanlarına qulluğa qəbul edilən, habelə vəkilliyə namizədlər üçün onlayn qaydada distant təlimlər təşkil olunur.
Hazırda vəkilliyə yeni namizədlərin qəbulu çərçivəsində 84 nəfər "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşəyə buraxılış üzrə icbari təlim keçirlər.
Vəkilliyə namizədlərə “Cinayət prosesində sübutlar və sübutetmə”, “Əqdlərin etibarsızlığı”, “Cinayət prosesində müdafiə tərəfi və vəkillərin cinayət prosesində iştirakının xüsusiyyətləri”, “Vergi mübahisələri, vəkillərin vergi və sosial sığorta öhdəlikləri”, “Mübahisələrin alternativ həlli və mediasiya məsələləri”, “Kibercinayətkarlıq və kibertəhlükəsizlik”, “İddia ərizələrinin icraata qəbulu məsələlərinin xüsusiyyətləri”, “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi: Ədalətli məhkəmə araşdırması hüququ mülki-hüquqi aspektdə” və s. mövzular video-konfrans vasitəsilə distant formada tədris olunub.
Mövzular hakimlər, Vəkillər Kollegiyasının üzvləri, Akademiyanın əməkdaşları və digər təcrübəli təlimçilər tərəfindən diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3156