Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı


21:27     09 Aprel 2020 klinika.jpg

“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

Femida.az

Açar sözlər:

Oxunub: 844