Moskvada koronavirusdan daha 12 nəfər ölüb


09:10     10 Aprel 2020 20_04_10_1586495515.jpg

“Ötən gün Moskvada koronavirusdan daha 12 nəfər ölüb. Ölənlər 33-87 yaş aralığındadır. Onlardan 3 nəfərinin yaşı isə 45-dən aşağıdır”.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirusla əlaqəli vəziyyətə nəzarət edən Əməliyyat Qərargahının məlumatında bildirilib.


Bununla da Moskvada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb: "Ölənlərin ikisi – 39 və 42 yaşlı xəstələrdə kəskin ürək və qaraciyər çatışmazlığı olub. Dörd xəstə isə xroniki bronxitdən əziyyət çəkirdi”.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada ümumilikdə 10131 koronavirusa yoluxma qeydə alınıb. Onlardan 698 nəfəri sağalıb. Ən çox yoluxma Moskvada olub – 6698 nəfər.

Açar sözlər:

Oxunub: 637