Koronavirusa görə maaş almayanlara ŞAD XƏBƏR - VİDEO
09:18 10 Aprel 2020
300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstəriləcək.
Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
Femida.az xəbər verir ki, bunu REAL-a İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Mikro və fərdi sahibkarlara gəldikdə isə 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.
Qeyd edək ki, matın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.
Oxunub: 783
Oxşar xəbərlər
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb
- Koronavirusa görə bağlanan məktəb açılıb
- Koronavirusa görə bağlanan gimnaziyada əyani tədris bərpa edilib
- Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
- Koronavirusa yoluxmuş Xalq artisti evə buraxılıb