Bakıda baş verən yol qəzasında polis əməkdaşı ölüb


10:41     10 Aprel 2020 2020/04/1586498295609_mIZg1Zoi_1586501012.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda baş verən yol qəzasında dünyasını dəyişən R.Cəfərov polis əməkdaşıdır.

APA-nın əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.

Açar sözlər:

Oxunub: 655