Hökumət tibbi maskaların 30 qəpikdən baha olmaması üçün subsidiya ayırır


11:46     10 Aprel 2020 20_04_10_1586504806.jpg

Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir.

Bunu Femida.az -a açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır: “Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.

Açar sözlər:

Oxunub: 531