Türkiyədə başına 1 milyon lirə qoyulan “Hayri Mava” ləqəbli terrorçu tutulub - FOTO


11:59     10 Aprel 2020 20_04_10_1586505624.jpg

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub.

Femida.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.

Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.

Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib.

Açar sözlər:

Oxunub: 603