Koronavirusa yoluxan icra başçısının müavinin vəziyyəti necədir? (AÇIQLAMA)


12:31     10 Aprel 2020 20_04_10_1586507543.jpg

Koronavirusa yoluxan Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov hələ xəstəxanadadır və müalicəsi davam edir.

Femida.az xəbər verir ki, bunu Azvision.az açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, A.Dilavərov özünü yaxşı hiss etdiyini deyib: "Alıcı Dilavərovla telefon danışıqlarımız olur. O, özünü yaxşı hiss etdiyini və heç bir şikayəti olmadığını söyləyib. Hazırda karantin rejimindədir".

Açar sözlər:

Oxunub: 701