Karantin qaydalarını pozan Milli Məclis əməkdaşı işdən çıxarıldı


16:10     10 Aprel 2020 milli%20meclis7.jpg


Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarılıb.


Bu barədə Femida.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 908