Bakıda ictimai nəqliyyatla bağlı yeni məhdudiyyətlər tətbiq edilə bilər


16:25     10 Aprel 2020 avtobus6.jpg

"Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi ilə bağlı bütün məsələləri nəzərdən keçirir".


Femida.az xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.

"Agentlik fəaliyyət planları işləyib hazırlayıb və Operativ Qərargaha təqdim edib. Onlar tərəfindən verilən qərara uyğun olaraq, o planlar həyata keçiriləcək", - M.Ağayev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1499