Bakıda 24 saat işləyən avtobuslar xəttə buraxıla bilər


17:06     10 Aprel 2020 1444997322_novye_avtobusy_01.jpg

Bakıda xəttə 24 saat işləyəcək ekspress avtobusların buraxılması istisna edilmir.


Femida.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Agentlik epidemioloji vəziyyətə, hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib. Hazırda həyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarı Operativ Qərargah verəcək", - o qeyd edib.

Femida.az

Açar sözlər: #avtobus  

Oxunub: 898