Bakıda partlayış: qayınata və gəlini yaralandı


19:23     02 Dekabr 2015 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_1946.jpeg

Bakıda mənzildə partlayış baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai rayonu Mingəçevir küçəsində yaşayan Yaşar Məmmədovun evinin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə qapı və pəncərə çərçivələri yerindən çıxıb, yanıq xəsarəti almış Y.Məmmədov və gəlini Aytən Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Y.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Aytənin vəziyyəti qənaətbəxşdir.

Femida.az

Açar sözlər:

Oxunub: 852