DİN Şabrandakı ağır qəza ilə bağlı məlumat yayıb


13:08     11 Aprel 2020 Din.jpg

Daxili İşlər Nazirliyi Şabranda 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 10-da saat 22.00 radələrində Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində şəhər sakini B.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 583