Gəncədə nəqliyyat vasitələri dezinfeksiya olunur


13:39     11 Aprel 2020 2020/04/1586597581611_NAiSmzdz_1586598544.jpg

Gəncədə ictimai nəqliyyat vasitələri və xidməti avtomobillər mütəmadi dezinfeksiya olunur.


Femida.az-ın xəbər verir ki, dezinfeksiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.

Dezinfeksiya işləri şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə yanaşı, Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti maşınlarında, habelə Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin avtomobillərində də həyata keçirilib. Avtomobillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib. Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qarajları da dezinfeksiya olunublar. Dezinfeksiya işləri mütəmadi olaraq qrafikə uyğun şəkildə aparılır.

Qeyd edək ki, bu cür tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 753