Naxçıvanda əhalinin kommunal borcu yoxdur


11:06     12 Aprel 2020 naxcivan%20ehali.jpg

Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin mart ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azvision.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin mart ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 601 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 114 min 100 manat olub, cəmi 2 milyon 126 min 800 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,6 faizini təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 579