Daha bir ana doğuş zamanı öldü


19:55     02 Dekabr 2015 2015-02-04-10-22-32dogus-zamani5.jpg

Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib.


Rayonun Səttərxan küçəsində yaşayan 33 yaşlı Xanım Yusifovanın müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hamilə qadın qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirib və ananın səhhəti qəfildən pisləşib.

Xəstənin vəziyyəti daha da ağırlaşdığı üçün o, Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə göndərilib və X.Yusubova orada dünyasını dəyişib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, X.Yusifovaya əməliyyat zamanı lazımı tibbi yardım göstərilib: "Hətta vəziyyətinin pisləşməsi ilə bağlı Bakı şəhərindən ixtisaslı həkim briqadası da dəvət olunub və xəstə onların müşayəti ilə Bakı şəhərinə aparılıb. X.Yusifovanın ölüm səbəbi hamiləliklə bağlı olmayan xəstəliklə əlaqəlidir"./report/

Açar sözlər:

Oxunub: 734