Azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı


12:54     12 Aprel 2020 20_04_12_1586681698.jpg

Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.

L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub: “Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhəldə döl fizioloji şərtlərə uyğundur”.

Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 965