İspaniyada son sutkada koronavirusa yoluxan 619 nəfər ölüb


14:47     12 Aprel 2020 20_04_12_1586688482.jpg

Son sutka ərzində İspaniyada yeni tip koronavirusa (Covid-19) yoluxan daha 619 nəfər ölüb.

Femida.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, son 3 gündə qeydə alınan ən böyük göstərici olub.

Ümumilikdə, ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 16 min 972 nəfərə çatıb. Son sutka ərzində 4 min 167 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 166 min 19 nəfər olub. İndiyə qədər koronavirusa yoluxanlardan 62 min nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 920